Bank Of Baku

BMT-nin Əhali Fondu: Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir

BMT-nin Əhali Fondu: Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir
# 27 oktyabr 2023 12:25 (UTC +04:00)

"Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir".

APA xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

O bildirib ki, 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələmişik:

"Bütün selektiv abortlar kriminal abortlardır. Bununla cinayət məcəlləsinin qapısı açılır. Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 37 faizindən artığının zorakılığa məruz qaldığını öyrənmişdik. Əfsuslar olsun ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR