Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2022-ci ilin may ayına qədər əlində olan itkin düşən şəxslərin dəfn edildikləri yerlərlə bağlı məlumatları Azərbaycan Respublikası hökumətinə təqdim edib.
APA xəbər verir ki, bu barədə BQXK-nın keçirdiyi tədbirdə məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə, onlardan 23-ü yüksək dəqiqlikdə, 64-ü orta dəqiqlikdə və 320-si aşağı dəqiqlikdə yerlər kimi təsnif edilib.