"Azərbaycanda kütləvi məzarlıqlarda dəfn edilmiş şəxslərin identifikasiya işləri azı 10 il davam edə bilər".
APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Günçe Eskiköy deyib.
Onun sözlərinə görə, bu proses nə qədər sürətləndirilsə də, zaman aparan işdir: "İnsan skeletinin bütöv şəkildə çıxarılması laborator işlərin aparılmasına müsbət təsir edir. Heç bir DNT analizi 100 faiz nəticə verə bilməz. Əgər skelet bütöv halda çıxarılsa, iki nümunə alınaraq nəticə əldə edilə bilər. Sümüklər dağınıq olduğu halda laborator araşdırmalar uzun vaxt ala bilər".