Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınlarında olan şəxslər və daşınan yüklərlə bağlı yerli qurumlara məlumat verilir.
APA xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, qurumun maşınlarının hərəkətləri barədə bağlı dövlət orqanları məlumatlı olur: "Bizim qurumun maşınlarında daşınan şəxslər barədə yerli orqanlara məlumat verilir. Razılaşma əldə edildikdən sonra biz müəyyən şəxsləri daşıyırıq. Bundan başqa, biz maşınlarımızda daşınan humanitar yüklərin sayı barədə məlumat veririk. Dövlət qurumlarının bizim maşınları tam yoxlamaq hüququ var".