"British Council"in Azərbaycandakı fəaliyyətinin 30-cu ildönümü münasibətilə təntənəli yubiley tədbiri keçirilib.
APA xəbər verir ki, mərasimdə Böyük Britaniyanin Azərbaycandaki səfiri Ferqus Ould, elm və təhsil nazirinin müavini Həsən Həsənli, "British Council"in Avropa regionu üzrə direktoru Coan Börk, həmçinin ölkə üzrə direktoru Nərgiz Hacıyeva və digər rəsmilər iştirak edib.
Böyük Britaniyanin Azərbaycandakı səfiri Ferqus Ould tədbirdəki çıxışında Böyük Britaniya ilə Azərbaycan arasında təhsil və mədəniyyət mübadiləsinin biznes və diplomatiya sahəsində uğurlu şərtlərin yaradılmasına olan inamını ifafə edib:
""British Council" 30 ildir, imkanlar yaradır, Azərbaycan və Birləşmiş Krallıqda insanları bir araya gətirir. "British Council"in ingilis dili, incəsənət və təhsil sahəsində fəaliyyəti gənc və yaşlı nəslə ilham verməyə davam edir".
Elm və təhsil nazirinin müavini Həsən Həsənli də, öz növbəsində, mərkəzlə Azərbaycanın mədəni, təhsil və digər sahələri arasındakı əlaqələrdən danışıb. Nazir müavini "British council"in fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, mərkəz 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Təsis edildiyi gündən incəsənət, təhsil və ingilis dili sahəsinda çalışan mərkəz Azərbaycan va Birləşmiş Krallıq arasında bilik mübadiləsi, anlaşma və inamın təşkil edilməsinə töhfə verir.