Bank Of Baku

BŞTİ-yə 123 mindən çox müraciət daxil olub

BŞTİ-yə 123 mindən çox müraciət daxil olub
# 19 iyun 2023 14:34 (UTC +04:00)

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 123 864 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

İdarədən APA-ya verilən xəbərə görə, statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 75 368 zəng qəbul edilib.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 1 446 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 22 784 vətəndaşın müraciəti cavablandırılıb.

24 266 sənəd (vətəndaşlar tərəfindən 6 552 ərizə, 5 585 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 2 782, digər qurumlardan 2 044, məktəblərdən 4 895 məktub və 2 408 kadr ərizəsi) qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR