Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.
Bu barədə APA-ya ETSN-dən məlumat verilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29 000 ağac tingi əkilib, 3500 kiloqramdan artıq toxum səpilib. "Ölkə üzrə meşə bərpa tədbirləri davam edir”.