Bank Of Baku

Bu il 133 mindən artıq şagird I sinfə gedir

Bu il 133 mindən artıq şagird I sinfə gedir
# 15 sentyabr 2023 13:30 (UTC +04:00)

Bu tədris ilində 133 mindən artıq şagird I sinfə gedir. Ümumilikdə isə 1,5 milyon şagird ümumi təhsil müəssisələrində təhsilini davam etdirəcək.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrulayev bildirib. O qeyd edib ki, Füzulidə hazırda 160-a yaxın şagird təhsil alır:

“Çox sevindirici haldır, qürurlu bir gündəyik ki, Füzuli şəhərinin Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə, Laçın rayonunun 2 saylı məktəbində açılışlar oldu. Hazırda burada 160-a yaxın şagird təhsil alır. Amma hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə əhalinin köçü baş tutdu. Yəqin ki, tədris ili ərzində bu say 400-ə çatacaq. Eyni zamanda, Laçın şəhərində də 140-a yaxın şagirdimiz var. Orada da artım gözləyirik”.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR