Bank Of Baku

Bu il 1700-ə yaxın şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu il 1700-ə yaxın şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb
# 25 iyul 2023 10:11 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin altı ayında 1697 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 200 nəfərə yaxını şəhid ailələrinin üzvləridir.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Möcüzəvi Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ Quba Truskavets Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə postmüharibə dövründə 10 276 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 917 nəfəri şəhid ailələrinin üzvləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR