Bank Of Baku

Bu il 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib

Bu il 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib
# 14 sentyabr 2023 15:18 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin 8 ayında 2100 şəxs xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 300 nəfəri şəhid ailələrinin üzvləridir.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, “Möcüzəvi Naftalan” Sağlamlıq Mərkəzi, “Şahdağ Quba Truskavets” Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.

Ümumilikdə postmüharibə dövründə 10 656 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onların 1000-dən çoxu şəhid ailələrinin üzvləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR