Bank Of Baku

Bu il 2500-dən çox şəxsə sosial xidmət göstərilib

Bu il 2500-dən çox şəxsə sosial xidmət göstərilib
# 29 iyul 2023 10:40 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2539 şəxsə sosial xidmət göstərilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu dövrdə həmin şəxslərə Agentliyin müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib.

Həmçinin hazırda Agentlik tərəfindən 3875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR