Bu ilin I yarımilində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3270,7 milyon manat olub.
APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz, yəni 465 milyon manat çoxdur.
Himalay Məmişov qeyd edib ki, Fondun xərcləri 3009,4 milyon manat olub:
"Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz, yəni 418,5 milyon manat çoxdur. Bu ilin iyulun 1-i vəziyyətinə görə, əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 466,1 manata qalxıb. Bu ilin I yarımilində müavinət alanların sayında 14 min, təqaüd alanların sayında 5 min, ünvanlı sosial yardım alanların sayında 56 min nəfərlik artım olub".