Bank Of Baku

Bu il özünüməşğulluq proqramı üzrə 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

Bu il özünüməşğulluq proqramı üzrə 700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
# 03 mart 2026 15:07 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlardan 545 şəxs kənd təsərrüfatı, digərləri istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurub.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR