Bank Of Baku

Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb

Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı açıqlanıb
# 14 iyun 2023 08:04 (UTC +04:00)

Bu ilin sonunadək ümumilikdə 2000-ə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkün soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

Bunu APA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, Laçın şəhərinə 700-ə yaxın ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400-ə yaxın ailənin, artıq ilk mərhələdə Şuşa şəhərinə 450, Füzuli şəhərinə 267 ailənin, Zəngilan rayonu Ağalı kəndinə isə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur.

Aytən Sakitqızı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR