Bank Of Baku

Buzovnada obyektdə yanğın olub - VİDEO

Buzovnada obyektdə yanğın olub - VİDEO
# 04 noyabr 2023 16:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində vətəndaşa məxsus ikimərtəbəli iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə cəlb olun FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 84m² olmaqla ümumi sahəsi 168m² olan ikimərtəbəli obyektin 2-ci mərtəbəsində lambirdən ibarət tavan 54m² sahədə və ümumi sahəsi 68m² olan köməkçi tikilinin yanar konstruksiyaları 14m² sahədə yanıb.

Obyektin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR