Bank Of Baku

Cenevrə hava limanında uçuşlar təxirə salınıb

Cenevrə hava limanında uçuşlar təxirə salınıb
# 30 iyun 2023 19:27 (UTC +04:00)

İsveçrənin Cenevrə şəhərində hava limanının işçiləri tətilə başladığı üçün onlarla reys təxirə salınıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin ikinci ən işlək hava limanı olan Cenevrə Hava Limanında pasport nəzarəti və təhlükəsizlik işçiləri də daxil olmaqla 1000-ə yaxın işçi nəqliyyatın hərəkətini dayandıraraq tətilə çıxıb.

Hava limanı rəhbərliyi ilə İctimai Xidmətlər Birliyi arasında işçilərin maaşlarının artırılması ilə bağlı razılıq əldə edilmədiyi üçün işçilər tətilin bazar gününə qədər uzadılmasına qərar veriblər.

Hava limanının rəhbərliyi xəbərdarlıq edib ki, bu gün və sabah da davam edəcək işçilərin tətili bəzi reyslərin ləğvi və ya gecikməsinə səbəb ola bilər. Ləğv edilən reyslər 8 min sərnişinin səyahətinə təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR