Bank Of Baku

Deputat: DSMF-nin gəlirlərində büdcədən olan transfertin azalması bizi sevindirir

Deputat: DSMF-nin gəlirlərində büdcədən olan transfertin azalması bizi sevindirir
# 04 noyabr 2023 17:54 (UTC +04:00)

“DSMF-nin gəlirlərində büdcədən olan transfertin azalması bizi sevindirir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, 2022-2025-ci illərdə əhalinin gəlirlərində nəzərəçarpacaq artım proqnozlaşdırılır: “Həmin illərdə ödəniləcək sosial ödənişlərdə də artım götürülür. Amma nisbəti götürəndə azalma müşahidə ediləcək. Gəlirlər, ödənilən müavinətlər artırsa, nisbət necə azala bilər?”.

Deputat dövlət proqramlarının nəticəli olması problemini qaldırıb: “İşsizlikdən sığorta ilə bağlı keçirilən tədbirlərin nəticəsi analiz olunurmu? Sonuncu məsələ yaşayış minimumu və ehtiyac meyarı ilə bağlıdır. ÜDSY-nin hesablanması məhz ehtiyac meyarına əsasən aparılır. Artıq ehtiyac meyarının həddi yaşayış minumumuna çatdırılıb. Ona görə də qanunvercilikdə müvafiq dəyişiklik aparmaq və ehtiyac meyarı anlayışını çıxarmaq məsələsinə baxmaq olar. Bu baxımdan, gələcəkdə ÜDSY-nin hesablanması qaydalarında dəyişiklik ola bilərmi?”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR