Bank Of Baku

Deputat: Əmək bazarında ayrı-seçkiliyə məruz qalanlar sırasında irsi qan xəstəliklərindən əziyyət çəkənlər var

Deputat: Əmək bazarında ayrı-seçkiliyə məruz qalanlar sırasında irsi qan xəstəliklərindən əziyyət çəkənlər var
# 17 mart 2023 13:11 (UTC +04:00)

Hesabatda peşə və ixtisaslar üzrə hazırlıq kurslarına 173 əlilliyi olan şəxslən cəlb edildiyi əksini tapıb ki, bu da qeyd olunan kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində çox mühüm göstəricilərdən biridir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, peşə hazırlığı kurslarını bitirmiş şəxslərin nə qədər hissəsinin əmək bazarında iş tapmağa müvəffəq olması barədə faktların açıqlanması da ümumilikdə bu təşəbbüsün nəticələrinin düzgün qiymətləndirilməsi baxımından yaxşı olacağını düşünür:

“Əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin ayrılması nəzərdə tutulur. Qanunun bu tələbinə lazımı səviyyədə riayət etməyən, əlilliyi müəyyən edilmiş şəxsləri işə götürmək istəməyən qurumlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə diqqətin daha da artırılmalıdır. Eyni zamanda bu istiqamətdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də məqsədəuyğun olardı. Bununla bağlı bir məqamı da diqqətə çatdırmaq istərdim ki, əmək bazarında ayrı-seçkiliyə məruz qalanlar sırasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar da var. Baxmayaraq ki, onların səhhətindəki problemlər fiziki aktivlikləri və iş qabiliyyəti baxımından heç bir maneə yaratmır, nə də ünsiyyətdə olduğu şəxslər üçün təhlükə mənbəyidirlər. Çünki bu xəstəliklərin yoluxuculuq xüsusiyyəti yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR