Bank Of Baku

Deputat: Keçmiş hərbçilər pensiya kapitalı yığılmadığı üçün pensiyaları artmır

Deputat: Keçmiş hərbçilər pensiya kapitalı yığılmadığı üçün pensiyaları artmır
# 16 iyun 2023 11:08 (UTC +04:00)

Bu gün Azərbaycnaın sərhəd bölgələrində Ermənistanın işğalçı bölmələri və onları dəstəkləyən Avropa ittifaqı və digər himayədarları tərəfindən Azərbaycanın suveren hüquqları pozulur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusu onlara layiqli cavab verir: “Hərbçilərimizin orada da, burda da hüquqlarını qorumaq lazımdır. 2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilər pensiya kapitalı yığılmadığı üçün pensiyaları artmır. Bu gün birinci zərbəni öz üzərinə Sərhəd Qoşunları, hərbçilərimiz götürür. Əlahiddə xidmət edən insanların hər hansı şikayəti olmamalıdır. Onların konkret şikayəti üzrə konkret addımlar atılmalıdır. Bu istiqamətdə bütün qurumların dərhal özlərinə aid məsuliyyəti anlaması lazımdır. Hərbçini incidəcək bir fəaliyyət olmamalıdır. Ölkə Prezidenti hər şeyi edir, maaşları artırır. Amma yerlərdə onun tətbiqi ilə bağlı problemlər yaşanır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR