II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu ixtisaslar marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkilidir.
"Bu yerlərin sayı 4760-dır. II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir. Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir. 300 baldan yuxarı nəticə göstərənlərin sayı 4126 nəfərdirsə, deməli 290 baldan yuxarı namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər", - o deyib.
Məleykə Abbaszadə bildirib ki, Polis Akademiyasının minimal keçid balı 439,3, maksimal bal isə 643 bal olub: "600-dən çox bal toplamış 8 nəfər Polis Akademiyasına qəbul olub. Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisasına keçid 541 bal təsdiqlənib. 600 baldan yuxarı nəticə göstərmiş 7 nəfər qəbul olub".