Bank Of Baku

Direktor: Böyük məmnunluqla İrpen məktəblilərini liseyimizdə qarşıladıq

Direktor: Böyük məmnunluqla İrpen məktəblilərini liseyimizdə qarşıladıq
# 13 iyun 2023 12:49 (UTC +04:00)

“Biz bu gün çox böyük məmnunluq hissi ilə İrpen şəhər məktəblilərini liseyimizdə qarşıladıq”.

APA xəbər verir ki, bunu Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, İrpen şəhərində akademik Zərifə Əliyeva adına lisey fəaliyyət göstərir. Liseyin direktoru, şagirdləri və İrpen şəhər təhsil idarəsinin nümayəndələri bizim qonağımızdır. Həm İrpen məktəbliləri, həm də bizim şagirdlər maraqlı çıxışlarla bir-birlərini salamladılar. Gələcəkdə təbii ki, bu dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün işlər görüləcək.

Biz bugünkü görüş zamanı belə qərara gəldik ki, təkcə İrpen və Bakıdakı liseylər yox, həm də Naxçıvanın Şaxtaxtı kəndindəki Zərifə Əliyeva adına liseylə də əməkdaşlıq edəcəyik”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR