2021-2023-cü ildə azad edilmiş ərazilərdə tikinti-quruculuqla bağlı 32 müraciətə rəy verilib.
APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, həmin müraciətlər fərqli istiqamətlərdə olub:
"Bunlar yaşayış binasının, müdafiə məqsədli tikinti, tullantı poliqonlarının yaradılması, hava limanının, avtomobil yollarının, orta məktəb və səhiyyə müəssisələrinin tikintisi və s. istiqamətlərdə olub".
"2023-cü ildə daxil olan 3 müraciət qanunvericilikdə nəzərdə tutulmuş zəruri məlumatlar daxil edildikdən sonra baxılacağına dair cavablandırılıb", - deyə o qeyd edib.