Bank Of Baku

Dövlət Agentliyi: Tikinti aparılır, amma yaşıllıq sahəsinin salınması yaddan çıxır

Dövlət Agentliyi: Tikinti aparılır, amma yaşıllıq sahəsinin salınması yaddan çıxır
# 06 noyabr 2023 15:29 (UTC +04:00)

Bu qədər ağac əkilir, lakin statistikaya görə, əvvəllər şəhərdə ağacların sayı daha çox olub, nəinki indi.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, buna səbəb odur ki, tikinti işləri aparmazdan əvvəl şirkətlər rəy alarkən yaşıllıqların salınması barədə tələblərə sonradan əməl etmirlər:

"Layihə əsasında tikinti aparılır, amma yaşıllıq sahəsinin salınması yaddan çıxır. Bildiririk ki, artıq müvafiq qurumlara göstəriş verilib. Rəy verilmiş yerlərdə yaşıllığın salınması ilə bağlı vəziyyətə yenidən baxılacaq və tələblərə cavab verməyən ərazilərlə bağlı bir daha müsbət rəy verilməyəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR