Bank Of Baku

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib
# 06 noyabr 2023 12:33 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR