Bank Of Baku

Dövlət komissiyası və onun ekspertlərinin sərəncamında ehtimal olunan 500-ə yaxın meyit qalığı var

Dövlət komissiyası və onun ekspertlərinin sərəncamında ehtimal olunan 500-ə yaxın meyit qalığı var
# 17 sentyabr 2023 15:50 (UTC +04:00)

Dövlət komissiyası və onun ekspertlərinin sərəncamımda ehtimal olunan 500-ə yaxın meyit qalığı var.

APA xəbər verir ki, bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Bu qalıqlardan müəyyən hissəsi tikinti-quruculuq işləri zaman aparılan qazıntılar zamanı tapılıb. Böyük qismi isə dövlət komissiyasının kütləvi məzarlıqlarda apardığı qazıntılar zamanı aşkar edilib. Meyit qalığının aşkar olunması hələlik onun konkret itkin düşən şəxsə aid olması demək deyil. Burada həssas bir neçə məqam var. Ölüm tarixi, basdırıldığı dərinlik, torpağın xassəsi və digər", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR