Bank Of Baku

Dövlət Komitəsi: Uşaqlar “koloniya”lara göndərilməkdənsə, reabilitasiya oluna bilərlər

Dövlət Komitəsi: Uşaqlar “koloniya”lara göndərilməkdənsə, reabilitasiya oluna bilərlər
# 27 oktyabr 2023 12:17 (UTC +04:00)

"Uşaqlar “koloniya”larda reabilitasiya keçmirlər və biz 14 yaşlı uşaqlarımızı itirməli oluruq".

APA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

O bildirib ki, bu yaşda uşaqlar “koloniya”lara göndərilməkdənsə, alternativ reabilitasiya proqramları ilə reabilitasiya oluna bilərlər:

“Müsbət haldır ki, Azərbaycanda uşaq əli ilə törədilən cinayətlər yoxdur. Türkiyədə və digər ölkələrdə bu hal çox yayılıb. Bizdə “koloniya”larda uşaqların sayı da azdır. Bu səbəbdən onlar müvafiq reabilitasiya proqramlarına cəlb olunmalı və cəmiyyətə inteqrasiya edilməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR