Bank Of Baku

Dövlət nümunəli diplomu olmayan müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaq

Dövlət nümunəli diplomu olmayan müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaq
# 04 aprel 2023 09:42 (UTC +04:00)

Dövlət nümunəli diplomu olmayan müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

"Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar", - deyə cavabda qeyd olunub.

Həmçinin bildirilib ki, müvafiq qaydalara uyğun olaraq təhsil müəssisəsinə qəbul olunmuş şəxslər məzun olduqda dövlət nümunəli diplomla təmin olunur.

"Saxta diplom-dövlət nümunəli olmayan diplomdur. Bu anlayışlar arasında heç bir fərq mövcud deyildir. Qanuni yolla təhsil müəssisəsinə qəbul olub, təhsil almış şəxslərə dövlət nümunəli olmayan diplom verildiyi təqdirdə, məhkəməyə müraciət oluna bilər" - əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR