Bank Of Baku

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
# 18 iyun 2023 13:52 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İyunun 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR