Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib
# 22 avqust 2023 16:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü keçirilib. Tədbirdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Mauqli” uşaq bağçasının təşkil etdiyi yay məktəbi iştirakçıları və müəllimlər iştirak edib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonda azyaşlıların sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR