Bank Of Baku

Dünən qəzada həlak olan hərbçi Zərdabda dəfn olunub - FOTO

Dünən qəzada həlak olan hərbçi Zərdabda dəfn olunub - FOTO
# 14 sentyabr 2023 12:06 (UTC +04:00)

Ötən gün qəza zamanı həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Taleh Saleh oğlu anadan olduğu Zərdab rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna şəhidlik statusu veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR