Bank Of Baku

DYP-nin istifadəsinə yeni "Volvo" avtomobilləri verilib

DYP-nin istifadəsinə yeni "Volvo" avtomobilləri verilib
# 31 oktyabr 2023 16:48 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər verilib.

APA xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra fotolar paylaşılıb. "Volvo S90" modeli olan avtomobillər artıq xidməti maşın kimi istifdaə olunur.

Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri "Mercedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hyundai" və "KİA"nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur.
"Volvo" markası isə DYP sistemində yenidir.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra avtomobil modelləri ilə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR