Bank Of Baku

ƏƏSMN: Ukraynalı uşaqların reabilitasiyası üçün bütün zəruri işlər həyata keçiriləcək

ƏƏSMN: Ukraynalı uşaqların reabilitasiyası üçün bütün zəruri işlər həyata keçiriləcək
# 04 avqust 2023 06:24 (UTC +04:00)

Ukraynada müharibədən əziyyət çəkmiş 30 uşaq bu gün reabilitasiya tədbirlərinə cəlb olunmaq məqsədi ilə müşayiət edən şəxslərlə birgə Azərbaycana gəlib.

Bu barədə APA-nın H.Əliyev adına Hava limanında olan müxbirinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədr müavini Faiq Ağayev bildirib.

Sədr müavini əlavə edib ki, ötən il olduğu kimi, “bu il də peşəkar psixoploqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, psixososial təlimlər və ustad dərsləri vasitəsi ilə uşasqların emosional vəziyyətinin sabitləşdirilməsinə və cəmiyyətə inteqrasiyasına dəstək göstəriləcək. 14 gün ərzində uşaqlar Bakı şəhəri ilə yanaşı Qəbələ, Şamaxı və Şəkiyə də səfərlər edəcək, orada tarixi yerlər və muzeylərlə tanış olacaqlar. Bununla yanaşı, 14 gün ərzində uşaqların asudə vaxtının səmərəli təşkili, eyni zamanda müvafiq reabilitasiya tədbiləri üçün bütün zəruri işlər həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR