Bank Of Baku

Əhliman Əmiraslanov: Antibiotiklərin satılması reseptlə olmalıdır, buna riayət olunmur

Əhliman Əmiraslanov: Antibiotiklərin satılması reseptlə olmalıdır, buna riayət olunmur
# 20 iyun 2023 12:49 (UTC +04:00)

"Antibiotiklərin satılması reseptlə olmalıdır. Amma buna riayət olunmur".

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, heç bir xarici ölkədə reseptsiz antibiotik almaq mümkün deyil:

"Bizdə də bununla bağlı qanun var və buna ciddi riayət olunmalıdır. Abntibiotiklərin reseptsiz istifadəsi ciddi nəticələrə, ağırlaşmalara gətirib çıxarır. Xüsusən uşaqlara həkim məsləhəti olmadan antibiotiklərin verilməsinin ağır fəsadları olur. Hesab edirəm ki, səhiyyə qurumları bununla ciddi məşğul olmalıdırlar".

Komitə sədir həmçinin bildirib ki, dərman vasitələrinin sertifikatlaşdırılması və dövlət qeydiyyatına alınması prosedurunun sadələşdirilməsi keyfiyyətə təsir etməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR