Ölkədə dərman istehsalının olmaması yaranan problemlərin başlıca səbəbidir.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Əhliman Əmiraslanov çıxışı zamanı deyib.
“Dərman vasitələrinin çoxunun xaricdən idxal olunması, şübhəsizdir ki, qiymətlərə təsir edir”, - deputat qeyd edib.