Bank Of Baku

Ekspert: DOST mərkəzi yarandığı gündən Avstriya təcrübəsindən geniş istifadə olunub

Ekspert: DOST mərkəzi yarandığı gündən Avstriya təcrübəsindən geniş istifadə olunub
# 08 sentyabr 2023 12:03 (UTC +04:00)

"DOST mərkəzinin yarandığı ilk gündən bu prosesdə Avstriyanın təcrübəsindən geniş istifadə olunub".

APA xəbər verir ki, bunu əmək bazarı üzrə böyük ekspert Manuela Hargassner Delpos “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Məhz bu istiqamətdə sosial xidmətlər sahəsində xeyli uğurlar əldə edilib. Sənədləşdirmə işi daha sadələşdirilmiş formada idarə oluna bilir. İxtisaslı kadrların seçilməsində bizim sistem tam olaraq çalışır", - o əlavə edib.

Manuela Hargassner qeyd edib ki, hazırda daha çox səriştəli işçilərə ehtiyac duyulur: "Sosial xidmət sahəsi ilə bağlı şirkət daxilində təlimlər edilə bilər. Rəqəmsal bacarıqlarla bağlı proqramlar hazırlayırıq".

Panelin moderatoru Dövlət Əmək Müəfəttişliyi Xidməti rəisinin müavini Nərmin Mirzəyeva isə Avstriya təcrübəsinin öyrənilməsinin daha uğurlu olacağını ifadə edib.

Panel müzakirələrlə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR