Bank Of Baku

Ekvadorda naməlum şəxslər rayon şurasının nümayəndəsini öldürüblər

Ekvadorda naməlum şəxslər rayon şurasının nümayəndəsini öldürüblər
# 09 sentyabr 2023 08:01 (UTC +04:00)

Naməlum şəxslər Ekvadorun Duran kantonunun rayon şurasının deputatını qaçırıblar.

APA xəbər verirki, bu barədə ölkənin Baş Prokurorluğu "X" sosial şəbəkəsində məlumat yayıb.

“Prokurorluq bu gün ölü tapılan Duran şurasının üzvü Bolivar V.P.-nin oğurlanması və ölümü ilə bağlı istintaqa başlayıb”, - deyə məlumatda bildirilir.

"El Universo" qəzetinin məlumatına görə, Bolivar Vera sentyabrın 7-də yoxa çıxıb. İlkin məlumatlara görə, qatillər ona azı 8 dəfə atəş açıblar.

Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. Avqustun 10-da prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə əlaqədar respublikada ümumi fövqəladə vəziyyət elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR