Naməlum silahlılar Ekvador daprezidentliyə namizəd Daniel Noboanın olduğu avtomobil karvanının yanında atəş açıb.
APA xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, prezidentliyə namizəd hadisə zamanı xəsarət almayıb.
Qeyd edək ki, Ekvador prezidentliyinə digər namizəd Vilyavisensionun avqustun 9-da öldürülüb. Siyasətçi paytaxt Kito şəhərində keçirilən mitinqdə başından üç güllə yarası ilə qətlə yetirilib.