Bank Of Baku

Emin Əmrullayev 13 yaşlı məktəbli qızın ana olmasına münasibət bildirib

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 07 sentyabr 2022 14:02 (UTC +04:00)

13 yaşlı məktəbli qızın uşaq dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirilib.

APA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlama verib.

O bildirib ki, məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırma aparılır və istintaq başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək:

"Hazırda bu haqda nəsə deyə bilmərəm. Bu Elm və Təhsil Nazirliyinin səlahiyyətinə olan iş deyil. Əgər bizimlə bağlı məsələ olarsa, bu istiqamətdə ölçü götürəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR