Bank Of Baku

Əmtəə təyinatlı yüklərin rəsmiləşdirilmədən daşınmasına görə cərimə artırılır

Əmtəə təyinatlı yüklərin rəsmiləşdirilmədən daşınmasına görə cərimə artırılır
# 16 iyun 2023 13:04 (UTC +04:00)

Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə cərimə artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə iyirmi manat məbləğindədir.

Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR