Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, bu gün 30-dək erməni əsilli şəxs (BQXK əməkdşları ilə birlikdə cəmi 57 nəfər) Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
Bundan başqa, bu gün 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedəcəyi gözlənilir.
Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi gözlənilir.