Bank Of Baku

Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib

Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib
# 09 avqust 2023 09:54 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin hərbi qulluqçuları təlim-məşq toplantısı keçirib.

APA xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki poliqonda kəşfiyyat və ərazidəki vəziyyətin monitorinqi tapşırıqlarını yerinə yetiriblər.

Poliqonda şərti çirklənmiş ərazilər lokallaşdırılıb, hərbçilər tərəfindən dezinfeksiya işləri aparılıb, şərti zərərçəkənlərə tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR