Bank Of Baku

Etibar Əliyev: Azərbaycanda rektorların çoxu 10 ildən artıqdır işləyir - VİDEO

Etibar Əliyev: Azərbaycanda rektorların çoxu 10 ildən artıqdır işləyir - VİDEO
# 14 iyul 2023 11:32 (UTC +04:00)

“Bu gün Azərbaycanda rektorların çoxu 10 ildən artıqdır işləyir. Bu artıq durğunluq yaradır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, rektorların dəyişdirilməsi ilə bağlı qanun tətbiq edilməlidir: “32 ildir müstəqillik qazanmışıq, amma universitetlərimiz beynəlxalq reytinqlərdə yer almırlar. Elm və Təhsil Naziliyi “Ali təhsil haqqında” qanunun qəbulunu tezləşdirməlidir. Bu qanunun qəbulu üçün maneələr var. Payız sessiyasında artıq bu qanun qəbul edilməlidir. Bizim milli təhsilimiz artıq inkişaf etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR