“Azad edilmiş ərazilərdə elə yerlər var ki, bəlkə bir yer 10 dəfə yandırılıb".
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara müraciət ediblər:
“Lakin ikili standartlar tətbiq olunduğundan müraciətlərimizə cavab verilməyib. 60 min hektara yaxın meşə və qeyri-meşə fondu torpaqları məhv edilib. Orada demək olar bütün canlılar məhv olub. Böyük qayıdışın tərkib hissəsi də həmin ərazilərin bərpasıdır. “Yanğından yaşıllığa” devizi altında tədbirlər keçirib, toxumlar səpirik".