Bank Of Baku

ETSN-in regional idarəsinin rəis əvəzi işdən çıxarılıb, təyinat olub

ETSN-in regional idarəsinin rəis əvəzi işdən çıxarılıb, təyinat olub
# 05 iyul 2023 14:08 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin rəis əvəzi vəzifəsindən azad olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb. Nazirin əmri ilə 1 saylı Ekologiya və təbii sərvətlər idarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifədən azad edilib, həmin vəzifəyə Ceyhun Həsən oğlu Hüseynov təyin olunub.

Ş.Quliyevin işdə buraxdığı nöqsanlara görə azad olunduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR