Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nı təsdiqləyib.
APA-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı aşağıdakı kimidir:
Büdcədən maliyyələşdirilən qurumlar
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeliyindəki qurumlar:
- Azərbaycan Respublikasının Abşeron Milli Parkı;
- Azərbaycan Respublikasının Ağgöl Milli Parkı;
- Azərbaycan Respublikasının Altıağac Milli Parkı;
- Azərbaycan Respublikasının Göygöl Milli Parkı;
- Azərbaycan Respublikasının Hirkan Milli Parkı;
- Azərbaycan Respublikasının Qızılağac Milli Parkı;
- Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı;
- Azərbaycan Respublikasının Şahdağ Milli Parkı;
- Azərbaycan Respublikasının Şirvan Milli Parkı;
-. Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Zaqatala Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının İlisu Dövlət Təbiət Qoruğu;
-. Azərbaycan Respublikasının Qaragöl Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Türyançay Dövlət Təbiət Qoruğu;
- Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;
- C.Cavadov adına Kür-Ağzı Nərə Balıqartırma Zavodu;
- Çaykənd Qızılbalıqartırma Zavodu;
- Şirvan Nərə Balıqartırma Zavodu;
- Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;
- Tovuz Balıqartırma Təsərrüfatı;
- “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyindəki qurumlar:
- 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin tabeliyindəki qurum:
- Hidrometeoroloji Proqnozlar Bürosu.
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyəti.
“Azelab” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondu.
Təsərrüfathesablı təşkilatlar
- “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Publik hüquqi şəxslər
-Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi.
- Dövlət Ekoloji Ekspertiza Agentliyi.
- Geodeziya və Kartoqrafiya Agentliyi.
-Geoloji Kəşfiyyat Agentliyi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısının təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 548 nömrəli qərarında dəyişiklik edilib və bu qərarla təsdiqlənən nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı ləğv edilib.
Bundan əvvəl siyahı aşağıdakı kimi olub:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
SİYAHISI
1. Büdcədən maliyyələşdirilən qurumlar
- Azərbaycan Respublikasının Abşeron Milli Parkı;
- Azərbaycan Respublikasının Ağgöl Milli Parkı;
- Azərbaycan Respublikasının Altıağac Milli Parkı;
- Azərbaycan Respublikasının Göygöl Milli Parkı;
- Azərbaycan Respublikasının Hirkan Milli Parkı;
- Azərbaycan Respublikasının Qızılağac Milli Parkı;
- Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı;
- Azərbaycan Respublikasının Şahdağ Milli Parkı;
- Azərbaycan Respublikasının Şirvan Milli Parkı;
- Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Respublikasının Zaqatala Dövlət Təbiət Qoruğu;
- Bəsitçay Dövlət Təbiət Qoruğu;
- İlisu Dövlət Təbiət Qoruğu;
- Qaragöl Dövlət Təbiət Qoruğu;
- Türyançay Dövlət Təbiət Qoruğu;
- Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu;
- Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu;
- C .Cavadov adına Kür-Ağzı Nərə Balıqartırma Zavodu;
- Çaykənd Qızılbalıqartırma Zavodu;
- D.Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodu;
- Xıllı Nərə Balıqartırma Zavodu;
- Şirvan Nərə Balıqartırma Zavodu;
- Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı;
- Tovuz Balıqartırma Təsərrüfatı;
- Yenikənd Balıqartırma və Meliorasiya Təsərrüfatı;
- Meşə Təsərrüfatı Tədbirləri Mərkəzi;
- Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Quba Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Şəki Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Abşeron Regional Meşə Tingliyi və Toxumçuluğu Mərkəzi;
- Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi;
- Hidrometeoroloji Tədbirlər Mərkəzi;
- Radiometeorologiya, Aviameteorologiya və Aerologiya Mərkəzi;
- Hidrometeoroloji Proqnozlar Bürosu;
- Abşeron və Dəniz Hidrometeorologiya Mərkəzi;
- Aran Regional Hidrometeorologiya Mərkəzi;
- Cənub Regional Hidrometeorologiya Mərkəzi;
- Qərb Regional Hidrometeorologiya Mərkəzi;
- Şimal-Qərb Regional Hidrometeorologiya Mərkəzi;
- Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzi;
- Ətraf Mühit üzrə Monitorinq Mərkəzi;
- Hidrogeoloji, Geoekoloji, Mühəndis-Geoloji, Neft-Dağ Hasilatı və Kəşfiyyatının Monitorinqi Mərkəzi;
- Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzi;
- “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyəti;
- Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi.
2. Təsərrüfathesablı təşkilatlar
- “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyəti;
- Layihələndirmə Mərkəzi.
3. Publik hüquqi şəxslər
- Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi.
- Dövlət Ekoloji Ekspertiza Agentliyi.
- Geodeziya və Kartoqrafiya Agentliyi.
3.4. Geoloji Kəşfiyyat Agentliyi.