Bank Of Baku

Fəlsəfə və elmlər doktorlarının miqrasiya orqanlarında vəzifəyə təyini qaydası müəyyənləşir

Fəlsəfə və elmlər doktorlarının miqrasiya orqanlarında vəzifəyə təyini qaydası müəyyənləşir
# 14 sentyabr 2023 11:24 (UTC +04:00)

Fəlsəfə doktoru və ya elmlər doktorlarının miqrasiya orqanlarında vəzifəyə təyin edilmə qaydası müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Əsasnaməyə əsasən, miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra “elmi dərəcə”) olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda stajorluq və sınaq müddəti müəyyən edilmir. Dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR