2023-cü ilin iyun ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 22,7 min nəfər və ya 0,45 % artıb.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Beləliklə, 2023-cü ilin 1 iyul tarixinə uçota alınmış sığortaolunanların sayı 5,08 mln. nəfər təşkil edib.