Bank Of Baku

Fərhad Hacıyev: "Yüksəliş"in yarımfinalında iştirak edənlərdən 255-i qəbul imtahanlarında 500-dən çox bal toplayanlardır

Fərhad Hacıyev: "Yüksəliş"in yarımfinalında iştirak edənlərdən 255-i qəbul imtahanlarında 500-dən çox bal toplayanlardır
# 01 iyul 2023 10:46 (UTC +04:00)

"Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində iştirak edən 343 nəfərdən 255-i ali təhsil müəssislərinə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardır.

APA xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin yarımfinal mərhələsinin açılış mərasimində deyib.

O bildirib ki, həmçinin iştirakçıların 50 nəfəri magistr, 37 nəfəri isə bakalavr təhsilini xaricdə tamamlayıb:

"Onu da qeyd edim ki, iştirakçıların üçdə ikisi artıq ikinci və üçüncü dəfədir müsabiqədə iştirak edirlər. Bu da yarımfinal və final mərhələsinin nə dərəcədə ciddi keçəcəyindən xəbər verir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR