Bank Of Baku

FHN: Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov

© APA | Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov

# 06 aprel 2026 14:02 (UTC +04:00)

Bakı ilə yanaşı digər ərazilərdə də suyun çəkilməsi işləri davam etdirilir.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edilib ki, yağışlar nəticəsində Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri Fövqəladə Hallar Nazirliyin qüvvələri tərəfindən davam etdirilir:

“Bakı ilə yanaşı, Sumqayıt, Abşeron və Xızı rayonunda suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işlərinin həyata keçirilməsi davam etdirilir. Xızı rayonunda köməksiz vəziyyətdə qalan vətəndaşlar ərazidən təxliyə edilir. Bu tədbirlər gecə saatlarında da davam etdirilir və digər təhlükəsizlik tədbirləri görülür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR