Bank Of Baku

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 07 noyabr 2023 09:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR